RU
Hər kəsin gözlədiyi veriliş təxirə salındı
12:50
3106

Hər kəsin gözlədiyi veriliş təxirə salındı

Bu gün "Dünya TV"nin efirində yayımlanmalı olan "Azərlə sirriniz qalmasın" proqramı təxirə salınıb.

7News.Az-ın məlumatına görə, buna səbəb, cəbhə xətdində baş verən atışmalar nəticəsində ordumuzun 12 hərbi qulluqçusunun həyatını itirməsidir.

Proqramın aparıcısı meqastar Azərin sözlərinə görə, o bu gün verlişin efirə getməsini düzgün hesab etmir: "Bu hər birimizin dərdi və acısıdır. Bu acılı günümüzdə mən şou xarakterli proqramı efirə verə bilmərəm. 1 həftə gec yayımlayarıq. Ancaq şəhidlərimizin ruhuna hörmətsizlik edə bilmərik".

Qeyd edək ki, "Azərlə sirriniz qalmasın" bazar günü saat 22:00-da efirə getməli idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ