7News.Azxəbər verir ki, bu sualla "Hər şey daxil"in çəkilişi üçün ABŞ-a gedən aparıcı Tarix Əliyev (Tolik) 10 ildir okeanın o tayında yaşayan Günel Musəviyə müraciət edib.
Günel suala cavabı zamanı etdiyi açıqlama ilə məəttəl qoyub:

"Var! Misal üçün, mən Minnesotada Azərbaycan təşkilatı yaradanda ətrafımda olan bir-iki azərbaycanlı mənə qarşı çıxdılar ki, bəs niyə yaradırsan. Biz özümüz dolanırdıq, bəsdir. Bir də burada separatist taktikası yürüdürdülər. Sırf rusdilli azərbaycanlılar idi onlar. Azərbaycan dilində danışanları dəvət etmirdilər məclislərə. O azərbaycanlılar 1990-cı ilin əvvəli, axırı, 2000-ci ilin əvvəli gəliblər. Bu illərdə ölkəmizdə Azərbaycan dilinin təbliği güclənəndə onlar qaçıb gəliblər Amerikaya yerləşiblər və hesab edirlər ki, əsl azərbaycanlı rusdilli olmalıdır".
7News.Az








