RU
Hikmət Hacıyev:
16:50
28

Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"

"Minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır miraslarından biri olaraq qalır və aktiv hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da insan həyatına son qoymağa davam edir".

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında bildirib.

O bildirib ki, 2020-ci il noyabrın 10-dan etibarən Azərbaycanda mina partlayışları nəticəsində 427 nəfər mina qurbanı qeydə alınıb:

"Onlardan 73 nəfər həlak olub, 354 nəfər yaralanıb. Zərərçəkənlər arasında 231 mülki şəxs var. 1991-ci ildən bu günədək mina qurbanlarının ümumi sayı 3 500 nəfəri keçib. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var.

Ağır humanitar nəticələrlə yanaşı, genişmiqyaslı mina çirklənməsi məcburi köçkün ailələrinin təhlükəsiz şəkildə qayıtmasına, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatının bərpasına ciddi maneə olaraq qalır. Aşkarlanaraq zərərsizləşdirilən hər bir mina təkcə potensial olaraq bir insan həyatını xilas etmir, eyni zamanda, bərpa prosesinə doğru atılmış mühüm addım deməkdir.

Mina təmizlənməsi təkcə təhlükəsizlik məsələsi deyil, həm də humanitar zərurət və dayanıqlı yenidənqurma ilə inkişafın təmin olunması üçün vacib şərtdir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ