RU
Hindistan Fransadan sifariş verdiyi sonuncu döyüş təyyarələrini də təhvil alıb
16:41
199

Hindistan Fransadan sifariş verdiyi sonuncu döyüş təyyarələrini də təhvil alıb


Hindistan 2016-cı ildə Fransa ilə müqavilə çərçivəsində sifariş edilmiş 36 Rafale tipli döyüş təyyarəsinin hamısını təhvil alıb.

7NEWS.az xəbər verir ki, Rafale tipli döyüş təyyarəsinin görüntüsü Hindistan Hərbi Hava Qüvvələrinin "Twitter” hesabında paylaşılıb. "Paket tamamlandı” ifadəsinin işlədildiyi yazıda Birləşmiş Ərəb Əmirliklərinə məxsus təyyarəyə havada yanacaq doldurulduqdan sonra 36 Rafalesdən sonuncusunun Hindistana endiyi bildirilib. Paylaşımın sonunda ərəbcə "çox sağ ol” ifadəsi yer alıb.

Hindistan mediası '4,5 nəsil təyyarə' olan Rafale'nin ehtiyat hissələri ilə birlikdə təslim edildiyini açıqladı. Bu arada Fransanın Yeni Dehlidəki səfiri Emmanuel Lenain sosial media hesabında Hindistanda 36 Rafale təyyarəsini bütün avadanlıqları ilə görməkdən qürur duyduğunu bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ