RU
Hindistanın paytaxtında havanın çirklənməsi təhlükəli həddə çatıb
16:33
118

Hindistanın paytaxtında havanın çirklənməsi təhlükəli həddə çatıb


Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənməsi təhlükəli həddə çatıb. Dumanlı havada günə başlayan Dehlidə nəfəs almaqda çətinlik çəkmək kimi şikayətlərlə xəstəxanalara müraciət edənlər olub.

7NEWS.az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənməsi təhlükəli həddə çatıb. Yerli mətbuatın məlumatına görə, səhər saatlarında Dehlidə Hava Keyfiyyəti İndeksi (AQI) 408-ə yüksəlib. Bildirilib ki, Dehlidə ətraf ştatlarda küləş yandırılması və avtomobillərin tullantılarının səbəb olduğu çirklənmə təhlükəli həddə çatıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ