Hollandiyada İstanbulda baş verən hücumda həyatını itirənlər üçün Rotterdam meriyasına Türkiyə bayrağı asılıb.
7NEWS.az xəbər verir ki, Rotterdam Bələdiyyəsinin sosial media hesabından edilən açıqlamada İstiqlal küçəsində törədilən bombalı hücuma görə bələdiyyə binasına asılan Türkiyə bayrağının Türkiyəyə dəstək və həmrəylik olaraq yarıya endirildiyi qeyd edilib.
Açıqlamada "Rotterdam bələdiyyə binasına asılan Türkiyə bayrağı yarıya endirildi. Ürəyimiz İstanbul hücumunda həyatını itirənlər və ailələri ilə birlikdə" mesajı verilir.
7NEWS.az








