RU
Hollandiyada tabloya hücum edən iqlim fəallarına həbs cəzası verilib
15:52
46

Hollandiyada tabloya hücum edən iqlim fəallarına həbs cəzası verilib


Hollandiyada iqlim dəyişikliyinə diqqət çəkmək məqsədilə holland rəssam Yohannes Vermeerin 'İnci Sırğalı Qız' tablosuna hücum edən iqlim fəallarına 2 aylıq həbs cəzası verildi.

7NEWS.az xəbər verir ki, Hollandiya Prokurorluğundan verilən açıqlamada "Just Stop Oil” ekoloq qrupunun üzvü olan 3 fəaldan ikisinin 2 aylıq həbs cəzasına məhkum edildiyi, üçüncü fəalın məhkəməsinin davam etdiyi bildirilib.
Fəalların rəsmə zərər verərək nümayiş və ifadə azadlığının hüdudlarını aşdıqlarına diqqət çəkən bəyanatda, hakimlərin razılığı ilə sürətli mühakimə prosedurunun tətbiq edildiyi iş nəticəsində onlara 2 ay həbs cəzası kəsildiyi bildirilib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ