RU
“Huawei” Rusiya bazarını tərk EDƏCƏK
17:04
26

“Huawei” Rusiya bazarını tərk EDƏCƏK


Rusiyaya smartfon və digər elektron məhsulların daşınmasını tamamilə dayandıran Çinin "Huawei” şirkəti nəhayət, Rusiya bazarını tərk edəcək.

7NEWS.az xəbər verir ki, son vaxtlar Rusiyaya birbaşa smartfon, planşet, televizor və digər məhsulların göndərilməsini dayandıran "Huawei” nəhayət, Rusiya bazarından çıxa bilər.

Mediada "Huawei”in Rusiyadakı rəsmi satış nöqtələrini iyun ayında bağlamağa başladığı, "Huawei”in Rusiya ofisinin isə sentyabrın əvvəlində işçilərinin bir qismini Qazaxıstan və Özbəkistana yönəltdiyi bildirilir.
Bu arada ekspertlər Rusiya bazarından çıxarılan brendlərin məhsullarının idxalının ən azı 3 üsulunun olduğuna diqqət çəkib, mənbə isə "Huawei”in distribyutorlar vasitəsilə Rusiyaya ixracı davam etdirmək imkanını istisna etmədiyini bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ