RU
Hüseyn Dəryanın həyat yoldaşı yenidən ailə qurub?
14:55
1195

Hüseyn Dəryanın həyat yoldaşı yenidən ailə qurub?

Azərbaycanın rep sənətinin unudulmaz siması Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova şəxsi həyatından danışıb.

Haqqında ara-sıra çıxan şayiələrə aydınlıq gətirən Sona metbuat.az-a hazırda və yaxın müddətdə evlənmək fikrində olmadığını açıqlayıb. O, bütün fikrini övladının təhsilinə və onun həyatına yönəltdiyini açıqlayıb:

"Mənim xoşum gəlmir ki, şəxsi həyatım haqda danışam. Həyatımda kimsə var və ya yoxdur, bunun kimə dəxli var?! Düzdür, elə bir şey yoxdur. Mən həyatımdan razıyam.

 

İşim-gücüm var, övladım gözümün qabağındadır və xoşbəxtəm. Ümumiyyətlə, evlənmək haqqında da düşünmürəm. Hazırda belə bir planım da yoxdur".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ