RU
I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
11:00
25

I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI

İyunun 7-də keçirilmiş I və IV ixtisas qrupları, eləcə də III ixtisas qrupu - coğrafiya fənni üzrə qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (I ixtisas qrupu, IV ixtisas qrupu, III ixtisas qrupu - coğrafiya), eləcə də qapalı və kodlaşdırılabilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.

Qeyd edək ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ