Çəki problemi Dünyaca məşhur müğənnilərin də yaralı yeridir.
Cenifer Lopez bədən quruluşunu qorumaq üçün həftənin 2 günü sadəcə 500 kalori qəbul edir və çoxlu bitki çayları içir.
Musiqi və film karyerasında illərdir seçilən latın amerikalı gözəl Cenifer Lopez bədən quruluşunu qorumaq üçün çox əlləşir. Mütəmadi olaraq idmanla məşğul olur və həftənin iki gününü ancaq 500 kalori qəbul edir.
Cenifer Lopez iki uşaq dünyaya gətirməsinə baxmaraq, hələ də cazbibədar bədən quruluşu ilə kişilərin diqqətini çəkir. Gözəl müğənninin ideal bədən xətlərinə malik olmasının digər sirri isə rəqslə məşğul olmasıdır. İllərdir ki, rəqs onun həyatının ayrılmaz hissəsidir. Konsertləri üçün rəqs məşqləri edən ulduz hər yediyinə diqqət edir. "People" jurnalına verdiyi açıqlamada Lopez protein tərkibli qidalara üstünlük verdiyini və çoxlu bitki çayı içdiyini deyib. Bunlarla bərabər gündəlik kontras duş üsulunu da davam etdirir. Çünki kontras duş həm dərinin sağlam, elastik qalmasını qoruyur, həm də çəki azalamasına təsir edir.
7News.Az








