5 ildir karyerasını Türkiyədə uyğurla davam etdirən azərbaycanlı aktrisa çəkildiyi serialdan sürpriz şəkildə ayrılıb.
29 yaşlı azərbaycanlı aktrisa, Star TV-də yayımlanan “Köç zamanı” serialında Hande obrazını yaradan Nurana Bagiyeva layihədən ayrılmasının səbəbini belə izah edib:
“Eyni anda iki nəfərlə sevişmə səhnəm vardı. Biri atam yaşındakı Talat Bulut, digəri isə alban aktyor Şüküri Çavuşay.
Narahat oldum. Talat Bulut çətinə düşdüyümü görüb mənə yardım etdi, səhnəni yumşaltdı. Amma baxdım ki, yenə də iki kişi ilə sevişmə səhnəsi ssenaridə qalıb.
Buna qarşı çıxdım. Ssenaristlər də mənə ölüm səhnəsi yazdılar və serialdan çıxarıldım”.









