İki "Mercedes" toqquşdu: yaralılar var

İki
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. İki "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ağır yaralanıb.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Briqadasının həkimləri hər üç yaralıya ilkin yardım göstərdikdən sonra onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatoloqiya şöbəsinə çatdırılıblar.

Yaralananlardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Onların şəxsiyyəti, hələ ki, məlum deyil. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
 

7News.Az

Xəbər lenti