ARB TV-də yayımlanan "Qız, ana kimi" realiti şousunda maraqlı anlar yaşanıb.
7News.az xəbər verir ki, proqrama qonaq qismində qatılan rəqqasə Rəna Ağamuradova (Renka) çıxışını bitirdikdən sonra aparıcı ilanı onun çiyninə atmasını istəyib. Rəqqasə bunu etmək istəyərkən isə proqramın aparıcısı qorxaraq qaçıb.
Dəfələrlə bu prosesi təkrar edərək ilana toxunmaq istəyən aparıcı bunu bacarmayıb və qışqıraraq kənara çəkilib.
Qeyd edək ki, "Qız, ana kimi" realiti şousu həftə içi 5 gün saat 18:00-da ARB TV-nin efirində yayımlanır.
Videonu izləmək üçün şəklə klikləyin:
7News.az










