Ötən gün mərhum xalq artisti İlhamə Quliyevanın məzarına bacıları tərəfindən qoyulan güllər oğurlanıb.
7News.az bildirir ki, bu haqda xalq artistinin bacısı Gülbahar Quliyeva məlumat verib. O, oğurluq hadisəsini törədənlərin hüquq-mühafizə orqanları qarşısında cavab verəcəyini deyib: "Gülü götürənlərin Allah cəzasını versin. Dünən biz gül çələngini qoyduqdan sonra gülləri oğurlayıblar. Bundan axşam xəbər tutduq. Kimin oğlurladığını bilmirəm. Bu gün hüquq-mühafizə orqanlarına müraciət edəcəyik".
İlhamə Quliyeva 72 yaşında vəfat edib və II Fəxri xiyabanda dəfn edilib./teleqraf.com
7News.az









