7News.az xəbər verir ki, Çilinin paytaxtı Santyaqoda yağan güclü yağışlardan sonra baş verən ani daşqınlar nəqliyyat vasitələrini aparıb, evləri və iş yerlərini su altında qoyub. Sel sularına düşən avtomobilin sürücüsü bu dəhşətli anları mobil telefonu ilə saniyəbəsaniyə lentə alıb. Ən azı altı nəfərin xəsarət aldığı hadisədən sonra bölgədə təbii fəlakət vəziyyəti elan edilib.








