RU
Azərbaycana qarşı saxta xəbərlər yayan
14:40
24

Azərbaycana qarşı saxta xəbərlər yayan "Telegram" kanalının təsisçisi Monteneqroda saxlanıldı

Monteneqroda "Rybar" (Rıbar) "Telegram" kanalının yaradıcısı olan rusiyalı hərbi bloqer Mixail Zvinçuk həbs edilib.

Bu barədə məlumatı "Vijesti" nəşri yayıb.

Məlumata əsasən, əməliyyat oktyabrın 9-da səhər saatlarında Risan şəhərində həyata keçirilib. Monteneqro hüquq-mühafizə orqanlarının bloqerin xanımı Valeriya Zvinçuk da daxil olmaqla, daha üç şəxsi saxladığı qeyd edilib.

"ABŞ və Böyük Britaniya rəhbərliyi Mixail Zvinçuku zərərli hibrid əməliyyatlarda iştirak edən mərkəzi fiqur hesab edir", - deyə xəbərdə bildirilib.

Nəşr, həmçinin xatırladıb ki, hərbi bloqerə qarşı Böyük Britaniya tərəfindən sanksiyalar tətbiq edilib, eyni zamanda, o, ABŞ Dövlət Departamenti tərəfindən "Birləşmiş Ştatların seçki prosesinə mənfi təsir göstərmə əməliyyatlarında iştirak edən" şəxslərin siyahısına salınıb.

Nəzərə çatdıraq ki, 1.5 milyon izləyicisi olan "Rybar" "Telegram" kanalı və onun yaradıcısı bloqer Mixail Zvinçuk Rusiyada Azərbaycana qarşı həyata keçirilən çirkin informasiya kampaniyasının əsas iştirakçılarındandır. Dövlətimizə qarşı yönəldilmiş çox sayda materiala həm Zvinçuk tərəfindən idarə olunan "Rybar" şəbəkəsində, həm də birmənalı şəkildə anti-Azərbaycan mövqeyi sərgiləyən "Sarqrad" kanalında rast gəlmək mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ