Norveç hökuməti mart ayında ölkə parlamentinə edilən kiberhücumun arxasında Çinin dayandığını açıqlayıb.
"Qafqazinfo” xəbər verir ki, bununla bağlı Norveçin xarici işlər naziri İne Eriksen Syöreyde məlumat yayıb. O bildirib ki, kiberhücumların hələlik miqyası bilinməsə də, ciddi araşdırmalaradan sonra bunun arxasında çinin dayanması qərarına gəliblər. Bu fikirdə, həmçinin, Norveçin Avropa İttifaqında olan müttəfiqlərinin, "Microsoft” şirkətinin də olduğu qeyd edilib.
"Çin rəhbərliyi bu hücumların qarşısını almalıdır. Ümid edirikki, Çin bu məsələyə ciddi yanaşacaq və oxşar hadisələr bir daha təkrarlanmayacaq”, - deyə Syöreyde deyib.
Qeyd edək ki, məsələ ilə əlaqədar Çinin Norveçdəki səfiri XİN-ə çağırılıb.








