Etirazçılar Çində üçüncü ilinə qədəm qoyan Covid pandemiyasına qarşı sərt tədbirlərə qarşı küçələrə çıxıb. Son zamanlar tədbirlər sərtləşdirildiyi üçün genişlənən etiraz nümayişlərində fəallar Kommunist Partiyasının lideri və Prezident Xi Jinpinin istefasını tələb edən şüarlar da səsləndiriblər.
7NEWS.az xəbər verir ki, Çində Covid tədbirlərinə qarşı son kiçik miqyaslı etirazlar bu həftə çox qeyri-adi şüarların şahidi oldu. Pekin və Nancing tələbələri həftə sonu Şanxayda küçələrə çıxan minlərlə etirazçıya qoşulub. Son günlər etirazların daha geniş kütlələrə yayılmasının səbəbi; Urumçidə Covid məhdudiyyətlərinə görə karantində olduqları binadan çıxa bilməyən 10 nəfər binada baş verən yanğında həyatını itirib.
7NEWS.az








