RU
Çində güclü zəlzələlər oldu
11:30
42

Çində güclü zəlzələlər oldu

Çin seysmoloqları ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində 5 maqnitudalı zəlzələ qeydə alıblar.

7News.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri İbin şəhər dairəsinin Qao qəzasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Əhalisinin sayı 4.6 milyondan çox olan İbin dairəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik heç bir məlumat daxil olmayıb.

Bir müddət sonra mərkəz eyni qəzada yenidən 5 maqnitudalı ikinci zəlzələnin baş verdiyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ