RU
lombard
Çində sutka ərzində koronavirusdan bir nəfər ölüb
14:50
73

Çində sutka ərzində koronavirusdan bir nəfər ölüb

Çində son sutka ərzində koronavirusdan bir nəfər dünyasını dəyişib.

Bu barədə TASS məlumat yayıb.

Koronavirusun ortaya çıxdığı gündən etibarən Çinin materik hissəsində virusa yoluxanların 94.3 faizi sağalıb. Son sutka ərzində isə daha 114 nəfər virusa qalib gəlib.

Ölkədə koronavirusa yoluxma hallarının sayı 81708 olub. COVID-19 ölkədə ümumilikdə 3331 nəfərin həyatına son qoyub. Hazırda ölkədə xəstələrin sayı 1299-dur.

Çin hökumətinin açıqlamasına əsasən, ölkə daxilində yoluxma halları demək olar ki, müşahidə olunmur. Yoluxma hallarına xaricdən gələn vətəndaşlar arasında rast gəlinir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ