7NEWS.az xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyindən (UNSC) verilən açıqlamada, yerli vaxtla saat 07:50-də 5,8 bal gücündə zəlzələnin episentrinin Qərbi Yava bölgəsi olduğu bildirilib. Zəlzələnin 104 kilometr dərinlikdə qeydə alındığı və sunami təhlükəsinin olmadığı bildirilib. Zəlzələ təkcə Sukabumi şəhərində deyil, paytaxt Cakarta və onun ətrafında da hiss olunub. Zəlzələdən sonra insanlar evlərini tərk ediblər. Bəzi tikililərə də maddi ziyan dəyib.
7NEWS.az








