RU
İngiltərədə gündə 3 saat elektrik kəsilməsi baş verə bilər
12:23
44

İngiltərədə gündə 3 saat elektrik kəsilməsi baş verə bilər


İngiltərədə enerji idxalının azalması səbəbindən bu qış kifayət qədər elektrik enerjisi istehsal oluna bilməsə, gündə üç saatlıq elektrik kəsilməsinin baş verə biləcəyi xəbərdarlığı gəldi.

7NEWS.az xəbər verir ki, İngiltərənin ən böyük elektrik paylama şirkəti National Grid tərəfindən edilən açıqlamada elektrik istifadəsində yüzdə 5 qənaət edilə biləcəyi ifadə edildi. Elektrik enerjisinin ən çox istehlak edildiyi səhər saatlarında və ya axşam saat 16:00-21:00 arasında fasilənin ola biləcəyi və bölgələrdə ən azı bir gün əvvəldən istifadəçilərə məlumat veriləcəyi bildirilib. Bundan əlavə, kəsimin ölkənin müxtəlif yerlərində növbə ilə tətbiq ediləcəyi gözlənilir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ