Azərbaycanlı müğənni Çingiz Mustafayev Ukraynanın “Səs” ("Голос країни") yarışmasına qatılıb.
7News.Az-ın məlumatına görə, həmyerlimiz "Gipsy Kings"in repertuarından olan "Bamboleo" mahnısını səsləndirərkən gitarasında problem olub. İfası yarımçıq qalan Çingiz özünü itirməyərək mahnını digər gitaraçanının müşayiəti ilə davam etdirib.
Bütün münsifləri özünə döndərən Ç.Mustafayev sonda Svyatoslav Vakarçukun komandasına qatılıb.
Qeyd edək ki, bundan əvvəl Dilarə Kazımova, Vaqif Nağıyev kimi ifaçılar da Ukraynada sözügedən yarışmaya qatılmışdı.








