RU
lombard
Çinli həkimdən koronavirus tövsiyəsi: Mal və qoyun əti yeməyin!
14:10
1665

Çinli həkimdən koronavirus tövsiyəsi: Mal və qoyun əti yeməyin!

Çinin Uhan əyalətində yerləşən Ağciyər Xəstəlikləri Araşdırma Mərkəzinin rəhbəri. professor Vanq Yu Quan koronavirusa qarşı mübarizə aparmağın effektiv üsullarından danışıb. 

7News.Az xarici mətbuata istinadən bildirir ki, həkim erkən diaqnozun əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, xəstəlik ilkin mərhələdə müəyyən edilib müalicəyə başlanıldıqda xəstənin ölüm ehtimalı azalır. 

"Erkən diaqnoz və müalicə ölüm nisbətlərini aşağı səviyyədə saxlaya bilər. Balanslı qidalanma, yaxşı istirahət, yuxu rejiminə düzgün əməl etmək və panikaya düşməmək vacibdir. Mal və qoyun əti, həmçinin həzmi çətin olan digər yağlı qidalardan uzaq durmaq məsləhətdir”, - deyə həkim qeyd edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ