"İnsan və Qanun" verilişinin növbəti çəkilişi baş tutdu

"LİDER” TV-də vəkil-aparıcı Adəm Məmmədovun təqdimatında "İnsan və Qanun" verilişinin növbəti çəkilişi olub.

  7News.Az xəbər verir ki, tamaşaçıların hüquqi maarifləndirilməsinə xidmət edən verilişin bu dəfəki mövzusu yol-nəqliyyat hadisələri və onların fəsadları barədədir. Verlişin qonaqları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əli Hüseynov, İqbal Nağıyev, Eldəniz Quliyev və media-ekspert qismində isə E-huquq.az saytının baş redaktoru Etibar Məmmədov olub.

Qonaqlar sözügedən mövzu ətrafında fikir mübadiləsi aparıb, mövcud problemlərdən çıxış yollarını təklif edib. Vəkil Əli Hüseynov avtomobillərdə video-kamera quraşdırılmasının vacibliyini qeyd edib. Bildirilib ki, video-kamera baş verə biləcək yol-nəqliyyat hadisəsinin obyektiv şəkildə araşdırılması üçün həm istintaq orqanı, həm də məhkəmə üçün əsas sübutdur.

Bundan başqa bəzi hadisələrin video qeydiyyatı efirdə nümayiş olunaraq praktik təhlillər aparılıb. 

"İnsan və Qanun" verilişini sentyabrın 22-də saat 22:00-da "LİDER” TV-də izləyə bilərsiniz. 

Qeyd edək ki, proqramın informasiya dəstəyini E-huquq.az saytı həyata keçirir. 

 

7News.Az

Xəbər lenti