Dünyanın ən çox pul qazanan 23 yaşlı modeli Kara Delevingne qız dostuna aşiq olduğunu etiraf edib.
Məşhur model “Vogue” dərgisinə verdiyi müsahibədə müğənni Annie Klarkla bir ildir münasibətdə olduğunu açıqlayıb:
“Balaca olanda “gey” sözünü təhqir olaraq qəbul edirdim. Ancaq “gey” olduğumu kəşf etdikdən sonra ailəm mənə dəstək oldu. Nə qədər aşiq olduğum ortadadır, insanlar mənə “gey” deyəndə bu, qulağa xoş gəlir. Əvvəllər eşqin nə olduğunu bilmirdim, indi isə həyatın anlamının sevgidən ibarət olduğunu qəbul edirəm”.
Qeyd edək ki, Delevingnenin instagram-da 31.6 milyon, twitterdə 6 milyon, facebookda isə 5.3 milyon izləyicisi var./qafqazinfo
7news.Az















