"İnternat məzunu olan gənclər arasında aktiv həyat tərzinin
təbliği!"Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi
"İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin
"İnternat məzunu olan gənclər arasında aktiv həyat tərzinin təbliği!”layihəsi
sona çatıb.
Xatırladaq ki,layihənin əsas məqsədi internat mezunu olan gənclərin cəmiyyətə
inteqrasiyası,faydalı məşğulluğu,dövlətin və cəmiyyətin inkişafında onların təşəbbüskarlığını
və iştirakını artırmaqdır. Asudə vaxtlarının səmərəli təşkili və müxtəlif
internat məktəblərindən olan gənclərin öz aralarında şəbəkələşmələri üçün layihə
çərçivəsində müxtəlif müəssisələrdən məzun olan gənclər arasında "İMSİ” 2019
kuboku üzrə futbol yarışı keçirildi. "Quba internat məzunları” "Lənkaran uşaq
evi məzunları” "Maştaga 1 saylı internat məzunları” " 1saylı uşaq evi məzunları”
"3 saylı uşaq evi məzunları” "Masazır məzun evi " komandaları arasında keçirilən
oyunlara 6+1 olmaqla 42 gənc cəlb olundu.Yarış boyu fərqlənən oyunçular
sertifikat və medallarla təltif olundular.1-ci və 2-ci yerləri tutan
komandalara kuboklar təqdim olundu.Yarışda fərqlənən gənc idmançılardan ibarət
"İMSİ” yığma komandası yaradıldı.Hazırda komandamız digər təşkilatların həvəskar
komandaları arasında keçiriləcək yoldaşlıq oyunlarına hazırlaşır.
Növbəti mərhələdə layihə iştirakçıları üçün iki günlük səfər təşkil olundu.Səfər
əsasən maarifləndirici xarakter daşıyırdı.Səfərimizin ilk günü Şəki şəhərində
keçdi.Layihə iştirakçıları Şəkinin qədim tarixi mədəniyyəti,təbiəti və mətbəxi
ilə yaxından tanış oldular.Xan Sarayına səfər etdilər.Növbəti gün Balakən
rayonunda olduq.İki gün ərzində gənclər təlim və seminarlarda iştirak etməklə
yanaşı gənclərdən ibarət yerli futbol komandası ilə yoldaşlıq oyunları keçirdilər.
Vətənimizdə böyük sevinclə qeyd olunan 10.000.000.-cu azərbaycanlıya həsr
olunmuş tədbirə dəvət aldıq və Balakən rayonunun qonaqpərvər gəncləri ilə
birlikdə ərazinin gəzməli,görməli yerlərinə gəzintiyə çıxdıq.
Layihə iştirakçıları 2 günlük səfər zamanı yurdumuzun təkrarolunmaz gözəllikləri
ilə yaxından tanış oldular və daim axtarışda olan,yeniliyi sevən,ideyalarla zəngin
dostlar qazandılar.










