Dünyanın hər yerindən alıcı və satıcıları bir araya gətirən platforma olan "eBay"də satılan təhlükəsizlik biometrik skanerinin içərisində terrorçu şübhəliləri ehtiva edən hərbi məlumat bazası tapılıb.
7NEWS.az xəbər verir ki, təhlükəsizlik məqsədilə barmaq izlərini və gözləri skan edə bilən biometrik skanerin 2012-ci ilə qədər Əfqanıstanda ABŞ ordusu tərəfindən istifadə edildiyi müəyyən edilib.
Terrorda şübhəli bilinənlər də daxil olmaqla 2600 nəfər haqqında məlumatların yer aldığı bu cihazın internet platformasında hərraca çıxarılması təəccüblü olub.
7NEWS.az








