RU
İran Prezidenti Hindistana getdi
13:30
14

İran Prezidenti Hindistana getdi

İran Prezidenti Məsud Pezeşkian BRİKS-in 18-ci Zirvə Görüşündə iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə yola düşüb.

Bu barədə İran mediası məlumat yayıb.

Pezeşkian səfər öncəsi açıqlamasında BRİKS-in əsas məqsədinin birtərəfliliyə qarşı mübarizə aparmaq olduğunu bildirib.

"BRİKS-in məqsədi birtərəfliliyə qarşı çıxmaqdır. Hazırkı sammitin şüarı da bu yanaşma ilə səsləşir. Ümid edirik ki, günbəgün bu məqsədə daha da yaxınlaşacağıq. İqtisadi məsələlər kifayət qədər mürəkkəbdir və dünyada birtərəfliliyin və totalitarizmin azaldılması üçün yeni yanaşmalara ehtiyac var", - İran prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də BRİKS sammitində iştirak etmək üçün artıq Hindistana səfər edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ