7NEWS.az xəbər verir ki, İranda Məhsa Əmininin ölümü ilə başlayan nümayişlər ölkənin hər yerində davam edərkən, sosial şəbəkələrdə "İslam inqilabının qabaqcılı” və rejimin ilk dini lideri Ayətullah Xomeyninin keçmiş evinin görüntüləri yayılıb.
Xomeyninin doğulduğu şəhər olan Xomeyndə muzeyə çevrilən evi yandıran nümayişçilərin ölkədəki dini liderlərə qarşı şüarlar səsləndirdiyi görünür. Tehrandakı etiraz aksiyalarından paylaşılan görüntülərdə nümayişçilərin "Bu il qan ilidir və Xomeyni devriləcək” şüarları səsləndirdiyi görünür.
7NEWS.az








