7NEWS.az xəbər verir ki, İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində terror təşkilatı sayılan "Ceyşul adl” adlı qruplaşmanın üzvləri olduğu aşkarlanan Raşit Bəluç və İshak Askani terror aktları törətməkdə ittiham olunublar. Təhlükəsizlik qüvvələrinə silahlı basqın edərək 4 sərhəd əsgərini öldürdükləri və 2 nəfəri edam etdikləri bildirilib. Sözügedən şəxslərin 2016-cı ildə Sistan və Bəlucistan əyalətinin Cebruk və Riddik sərhəd bölgəsində müxtəlif terror aktları törətdikləri, hərbçilərə və hüquq-mühafizə orqanları əməkdaşlarına casusluq etmələri müəyyən edildikdən sonra həbs edildiyi bildirilib.
7NEWS.az








