RU
İraqda assuriyalılara aid 2700 illik mərmər relyeflər tapılıb
15:17
43

İraqda assuriyalılara aid 2700 illik mərmər relyeflər tapılıb


Şimali İraqda arxeoloqlar təxminən 2700 il yaşı olan mərmər relyefləri tapıblar.

7NEWS.az xəbər verir ki, 2016-cı ildə İŞİD terrorçularının Mosul şəhərindəki qədim Maski Qapısına vurduğu zərərin təmiri ilə bağlı işləri davam etdirən ABŞ və İraq arxeoloqlarından ibarət qrup möhtəşəm Assuriya relyefləri aşkar edib.

İraqda bir çox mühüm qədim şəhərlərin, o cümlədən Babilin xarabalıqları var. Bununla belə, müharibələr və münaqişələr illərində bir çox arxeoloji obyektlər talan edilmiş və atəş altında zədələnmişdir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ