RU
İsmayıllıda avtomobil qəzasında bir nəfər ölüb
12:04
23

İsmayıllıda avtomobil qəzasında bir nəfər ölüb

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ötən gecə saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, sərnişini, 31 yaşlı Münəvvər Abdullazadə isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ