7NEWS.az xəbər verir ki, saxlanılanların Muhammed Semir Ebu Ziyne və Hamza Süleyman Ebu er-Rab olduğunu bildirib. Fələstinin rəsmi agentliyi WAFA qeyd edib ki, gənclər Muselles Şuheda bölgəsində qurulan nəzarət-buraxılış məntəqəsində olduqları üçün saxlanılıblar. Xəbərdə işğal qüvvələrinin basqın zamanı sıx gözyaşardıcı qazdan istifadə etdiyi və çox sayda insanın qazdan təsirləndiyi də bildirilib. İsrail ordusu son aylarda işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus və Cenin şəhərlərinə axtarış qərarı olanları həbs etmək bəhanəsi ilə reydlər keçirir.
7NEWS.az








