RU
lombard
İstanbulda keçirilən mediaforumda türkdilli dövlətlərin KİV nümayəndələrinin görüşü olub
14:56
133

İstanbulda keçirilən mediaforumda türkdilli dövlətlərin KİV nümayəndələrinin görüşü olub

Türk Şurasının İstanbulda keçirilən mediaforumu çərçivəsində türkdilli dövlətlərin media qurumlarının rəhbər və təmsilçiləri, habelə sosial media mütəxəssisləri arasında görüş olub.


Görüşdə Türk Şurasına üzv ölkələri arasında media sahəsində əlaqələrin mövcud problemləri və onların həlli yolları müzakirə edilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan gənclər arasında vahid sosial media platformasının təşkil olunması, media qurumları arasında texniki mütənasibliyin təmin edilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Görüşdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və digər türkdilli dövlətlərdən olan KİV nümayəndələri, eləcə də gənc jurnalistlər iştirak ediblər.

Toplantıda çıxışı zamanı Rövşən Məmmədov yaxın perspektivli addım kimi, türk dövlətlərindən olan gənc jurnalistlərin ortaq süjetlər hazırlayaraq hər birinin təmsil etdiyi media qurumunda yayımlanmasının mümkünlüyünü qeyd edib. Əhməd İsmayılov isə türkdilli dövlətlərdə fəaliyyət göstərən gənc jurnalistlərin qarşılıqlı mübadiləsinin, keyfiyyətli təcrübə proqramlarının tətbiqinin qardaş ölkələrin gəncləri və həmkarlarımız arasında kommunikasiyanın gücləndirilməsinə töhfə verə biləcəyini vurğulayıb.

 
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ