Türkiyənin məşhur xəbər aparıcısı və aktrisası Defne Samyeli Atatürk Hava Limanında yaşanan terrordan son anda xilas olub.
7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparıcı açıqlamasında hava limanından çıxan kimi partlayışın baş verdiyini söyləyib:
“Dünən ailəm və mən hücumdan son anda xilas olduq. Amma sevinmədim, çünki hava limanında həyatını itirən onlarla insanlar var, səhərə kimi ağlamışıq. Qəhrəman polislər olmasa idi, daha böyük itkilər verəcəkdik”.








