RU
İtaliyada 50-dən çox adamın olduğu yerlər cinayət sayılacaq
16:02
24

İtaliyada 50-dən çox adamın olduğu yerlər cinayət sayılacaq

İtaliyada baş nazir Giorgia Meloni başda olmaqla ifrat sağçı hökumət icazəsiz partiyaları və ya 50-dən çox adamın iştirak etdiyi yığıncaqların ictimai asayiş və ya təhlükəsizlik üçün "təhlükəli” olacağını iddia edərək onları cinayət hesab etmək qərarına gəlib.

7NEWS.az xəbər verir ki, sözügedən tərəflərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair addım həftə sonu İtaliyadan və xaricdən 1000-dən çox insanın qatıldığı Modena şəhərindəki bir anbarda keçirilən Halloween şənliyindən sonra atılıb.
Səs-küy və ərazidə nəqliyyatın hərəkətinə mənfi təsir göstərən şikayətlər fonunda partiya qadağan edilib. Qanuna əsasən, 50-dən çox insanın iştirak etdiyi icazəsiz "təhlükəli partiyaların” təşkilatçıları 6 ilə qədər həbs oluna bilər və onların telefonları dinlənə bilər.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ