RU
İtaliyada iqlim fəalları Senat binasına hücum etdi: 5 NƏFƏR SAXLANILDI
13:12
27

İtaliyada iqlim fəalları Senat binasına hücum etdi: 5 NƏFƏR SAXLANILDI

"Letzte Generation” (Son Nəsil) ekoloq qrupunun üzvləri İtaliyanın paytaxtı Romada Senatın binasına boyalı hücum təşkil ediblər. Polis 5 fəalı saxlayıb. 

7NEWS.az xəbər verir ki, İqlim fəalları bu dəfə İtaliyanın paytaxtı Romada Senat binasını hədəfə alıblar. Almaniyada yerləşən "Letzte Generation” ekoloq qrupunun üzvləri paytaxtda Senat binasının xarici görünüşünü narıncı rəngə boyayıblar. Polis 5 fəalı saxlayıb. 

İtaliyanın baş naziri Giorgia Meloni açıqlamasında "Mən Senatın prezidentinə və bütün senatorlara yaxınam və hər hansı vətəndaş etirazı ilə bir araya sığmayan hədsiz hərəkəti pisləyirəm" dedi. 

Senatın sədri İqnazio La Russa da hücumu pisləyərək, hücum üçün heç bir bəhanə və bəraət olmadığını bildirib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ