7NEWS.az xəbər verir ki, İtaliyanın Neapol şəhərinin qərbində yerləşən İskia adasında torpaq sürüşməsi baş verib. Səlahiyyətlilər 200 nəfərin təxliyyəsinin başa çatdığını açıqlayıb. Sürüşmə nəticəsində 31 yaşlı qadının öldüyü, 11 nəfərin itkin düşdüyü, 13 nəfərin yaralandığı açıqlanıb. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi, "Bu, çox ciddi bir vəziyyətdir və palçığın altında hələ də insanlar var" dedi. İtaliyanın yanğın və xilasetmə xidmətləri göstərən rəsmi qurumu Vigili Del Fuoco bölgədə işini davam etdirir.
7NEWS.az








