RU
İyunun 15-də
17:40
24

İyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində vətəndaşlara xidmət göstərilməyəcək.

Bununla bağlı Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, iyunun 15-i qeyri-iş günü olduğundan mərkəzlərin fəaliyyəti dayandırılacaq.

Qeyd olunub ki, iyunun 16-dan etibarən vətəndaşlar yenidən "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinə müraciət edərək müvafiq xidmətlərdən yararlana biləcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ