Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO
Beyrutda inşa edilən bu nazik binanın ən dar hissəsi 60 sm, ən geniş hissəsi isə 4 metr enindədir.

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

7News.Az-ın mynet.com-a istinadən verdiyi xəbərə görə, binaya "Al Ba’sa” (ərəbcədən "kin") adı verilib.

Bu ad tikilinin tarixilə bağlıdır.

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

Belə ki, bina 1950-ci ildə iki qardaş arasındakı davadan sonra inşa edilib.

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

Deyilənə görə, bir vaxtlar iki qardaşa atalarından torpaq miras qalır. Onlar bu torpaqda nə tikəcəkləri barədə bir qərara gələ bilmirlər. Bələdiyyə qardaşlardan birinin torpağının bir hissəsini müsadirə etdikdən sonra zamanla bu münaqişə daha da böyüyür.

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

Sonda həmin qardaşa yola çox yaxın kiçik bir ərazi qalır və o, burada bəzilərinə görə adi, bəzilərinə görə dahiyanə bir bina tikdirir.

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

Bu nazik binanın bənzərsiz dəniz mənzərəsi var. Həmin mənzərə daha öncə qardaşının inşa etdiyi arxadakı bindan görünürmüş. Yəni kiçik torpaq sahibi olan qardaş bu binanı məhz digər qardaşın tikdirdiyi binanın mənzərəsini bağlamaq üçün ucaldıb.

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

Həm mənzərəsinə, həm də hekayəsinə görə həmin nazik evin dəyəri daha da artıb və bina tarixə iki qardaş arasındakı davanın simvolu kimi düşüb.

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

Hər mərtəbədə iki mənzili olan bu bina uzun müddətdir otel olaraq xidmət göstərib. Daha sonra müharibədən qaçan ailələr üçün qaçqın sığınacağı kimi istifadəyə verilib.

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

Hazırda binada heç kim yaşamır. Tikili uzun müddət davam edən mübarizəsinin simvolu kimi qorunur. Yerli qanuna əsasən, yeni binanın tikilməsi üçün çox dar bir torpaq sahəsi üzərində tikilən bir binanı dağıtmamaq daha məqsədəuyğundur.

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

Kağız kimi nazik bina görənləri heyrətləndirir - FOTO

7News.Az

Xəbər lenti