RU
Kamran Həsənliyə cinayət işi açıldı
14:29
1221

Kamran Həsənliyə cinayət işi açıldı

Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.

7News.az xəbər verir ki, bu barədə hüquqşünas Ruslan Əhmədoğlu axşam.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ