RU
Keçmiş arvadının Özcan Dənizə hücum etdiyi, şillə vurduğu anlar - Video
10:20
150

Keçmiş arvadının Özcan Dənizə hücum etdiyi, şillə vurduğu anlar - Video

Türkiyəli müğənni Özcan Dənizlə keçmiş arvadı Feyza Aktan arasında baş verən davanın geniş görüntüləri yayılıb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülərdə keçmiş həyat yoldaşı ifaçıya hücum edir, onun üzünə şillə vurur və əynindəki köynəyi cırır.

İddialara görə, ifaçı sentyabrın 15-də oğlunun məktəbə getmədiyini öyrəndikdən sonra Feyzanın qaldığı evə yollanıb. Burada baş verən mübahisə sonda Aktanın keçmiş ərinə hücum etməsiylə yekunlaşıb.

 

Hadisədən sonra Ö.Dəniz polis bölməsinə gedərək Feyzadan şikayətçi olub. 

Qeyd edək ki, müğənni ilə Feyzanın evliliyindən bir övladı var. Onlar 2019-cu ildə boşanıblar. Özcan Dəniz 3 yaşlı oğlunu qəyyumluğunu əldə etmək üçün məhkəməyə müraciət edib.

Videonu yutubda bu linkdən izləyə bilərsiniz.

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ