RU
“Keçmiş ərimin xanımı ilə bacı kimiyik” - Video
13:50
420

“Keçmiş ərimin xanımı ilə bacı kimiyik” - Video

"Həyat yoldaşım dünyasını dəyişəndə elə bildim dünya uçub, altında qalmışam. İlahi, o nə hissdir...”

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "1 dəqiqə” verilişində keçmiş həyat yoldaşı haqda danışarkən deyib.

"Bilməzdim ki, onun üçün o qədər yanacağam. Deyirdim ki, ay Allah, bu halım keçəcək? Elə bilirdim ki, elə o halda qalacağam. Onu üçün o qədər yandım... İndi də yadıma düşəndə ağlayıram. Onu sevmişəm. Balalarımın atasıdır. Gözümü açıb onu görmüşəm”, - deyə müğənni əlavə edib.

İsgəndərli, həmçinin mərhum həyat yoldaşının ikinci xanımı ilə münasibətlərindən danışıb:

"İndi onun həyat yoldaşı ilə bacı kimiyik. Bir yerdə rəhmətlik yoldaşımın qəbri üstünə gedirik. Ona (mərhum həyat yoldaşını nəzərdə tutur-red.) nə aiddirsə, mənə əzizdir, doğmadır. Onun oğlu evimin ən əziz adamıdır. Onunla bir yerdə Moskvaya getmişdik. Bir də görürsən Kərimin (oğlu-red.) işi olur, mən onunla gedirəm. Bir otaqda yatırıq. Elə bilirəm ki, öz balamdır”.

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ