7News.az verir ki, Aşıq Şəmşir Mədəniyyət ocağının təşkilatçılığı
ilə Kəlbəcər rayonunun işğalının 24cü il dönümünə həsr olunmuş anım tədbiri
keçirilmişdir.
Tədbirdə ziyalılar və Kəlbəcər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Aşıq Şəmşir mədəniyyət ocağı ictimai birliyinin sədri Qənbər Qurbanov çıxış edərək
bildirdiki hər il biz bu tarixi ağrı acı ilə qeyd edirik. Kəlbəcər Azərbaycanın
ən qədim yaşayış məsgənlərindən biri və unikal təbiət möcüzəsi idi. Biz bu gün
Kəlbəcərdən ayrı düşsək də doğma vətənimizi ruhumuzda canımızda yaşadırıq. Mənim
bu günkü yeniyetmə və gənclərə bir tövsiyyəm odur ki, vətənpərvərlik ruhunda
böyüsünlər. Vətəni sevsinlər tarix boyu ermənilərin xalqımızın başına gətirdikləri
bu müsibətləri unutmasınlar. Bu gün dövlətimiz tərəfindən qaçqın və məcburi
köçkün soydaşlarımıza lazımi diqqət və qayğı göstərir. Soydaşlarımız hər cür şəraitlə
təmin olunmuş qəsəbələrdə məskunlaşıblar. Həmçinin onların sosial problemlərinin
həlli daim dövlətin nəzarətindədir.
Tədbirdə Kəlbəcər rayon ziyalılarından professor Şahlar Əsgərov, Əlövsət
Ağalarov , Adil Cəmil, İlham Məmmədli, Məhəmməd Nərimanoğlu, Mirvari xanım
Verdiyeva Kəlbəcərlə bağlı xatirələrini bölüşdülər. Və o yerlərə qayıtmaq üçün
bütün Kəlbəcərliləri birlik olmağa çağırdılar.
Tədbirdə "Aşıq Şəmşir” mədəniyyət ocağı ictimai birliyinin dəstəyi ilə Kəlbəcər
rayonun fəal gənclərindən olan Rəşad Abdullayevin üç dildə hazırladığıwww.kalbajar.comsaytının təqdimatı oldu. Saytda Kəlbəcərin
tarixi, mədəniyyəti,təbiəti, faydalı qazıntıları, şəhidləri və ziyalıları
haqqında geniş və zəngin məlumtlar yerləşdirilib.
Aşıq Şəmşir mədəniyyət ocağı ictimai birliyinin layihələr üzrə rəhbəri Həqiqət
xanım Şükürova çıxış edərək bildirdi ki, mədəniyyət ocağı Kəlbəcər rayon orta məktəbləri
ilə sıx əlaqədə olaraq yeni tədbirlər hazırlayıb həyata kecirir. Məqsədimiz
burda doğulub Kəlbəcəri görməyən yeniyetmə və gənclərə Kəlbəcəri təbliğ etmək və
doğma torpaqlara qayıtmaq ruhunda böyütməkdir.
Kəlbəcərlilər inanırlar ki Azərbaycan silahlı qüvvələrinin Ali Baş
komandanı möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü
siyasəti nəticəsində öz doğma torpaqlarına qayıdacaqlar.








