RU
Kənan M.M.:
13:18
691

Kənan M.M.: "Rejissorların əlində qalmamaq üçün bu yolu seçdim" - VİDEO

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan rejissor Kənan M.M. maraqlı açıqlamalar verib:

"4 il kinorejissorluq oxumuşam. Həmidə Ömərova, Eldar Quliyev, Ayaz Salayev, Yaşar Nuri, Məlik Dadaşov və s. kimi tanınmışlardan dərs almışam. Mən Məlik Dadaşov və Rasim Balayevə imtahan vermişəm. "Axırıncı aşırım" filmindən Qəmlonun danışığını hazırlamışdım. Gəldim gördüm ki, "Qəmlo" oturub qarşımda və imtahanı ona verəcəm. Qorxu tutdu ki, Qəmlonun özü qarşımda, bunun özünə özünü necə parodiya edim? Orada onun diliylə: "Abbasqulu bəyin nazıyla çox oynayırsan ha, Kərbəlayi", - dedim. Durdu ayağa, alqışladı məni. Aktyorluğa həvəs bir az da oradan qalıb. Mən əslində ikisinə də qəbul olmuşdum. Mən ta əzəldən aktyor olmaq istəmişəm. Amma rejissorların əlində qalmayım deyə rejissor oldum. İndi də filmlərə çəkilib rejissorların əlində qalıram, düzdür, amma məndən daha yaxşı rejissorların əlində qalıram".

Kənan M.M.:

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ