Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir

Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir
Oktyabrın 28-dən paytaxtda start götürən bal yarmarkası davam edir. Azərbaycanın ən müxtəlif bölgələrindən gətirilmiş keyfiyyətli, təmiz bal nümunələrinin satışı oktyabrın 18-dək davam edəcək.

7News.Az xəbər verir ki, yarmarkaya gətirilmiş hər bir məhsulun keyfiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılıb.


Bal yarmakasında qiymətlərin baha olması ilə bağlı səslənən iddialara cavabında Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov qeyd edib ki, yarmarkada keyfiyyətli balın orta qiyməti 20-25 manatdır. Onun sözlərinə görə, yarmarkaya çıxarılan balın qiymətini arıçılar müəyyənləşdirir:

"Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir".
 

7News.Az

Xəbər lenti