RU
lombard
Kərim Vəliyevin general-polkovnik rütbəsi ilə qatıldığı ilk tədbir
17:14
449

Kərim Vəliyevin general-polkovnik rütbəsi ilə qatıldığı ilk tədbir

Xəbər verdiyimiz kimi, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib.

 Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev yeni rütbəsi ilə ilk dəfə bu tədbirdə iştirak edib.


Qeyd edək ki, noyabrın 23-də general-leytenant Kərim Tofiq oğlu Vəliyevə "general-polkovnik” ali hərbi rütbəsi verilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, iyulun 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ