"Kiralık Aşk” serialının fevral ayında ekranlara vida edəcəyi iddia edilib.
7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mustafa Doğa final səhnəsinin yanvarın 27-də çəkiləcəyini söyləyib. Bir neçə həftə sonra isə serialın bitəcəyini bildirib.
Serialın bitməsinin səbəbi kimi reytinq siyahısında bu il ötən ilki uğuru göstərə bilməməsi olub.
7News.az








